Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Siyarto: Avropa liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün növbəyə düzülürlər

Baxış: 187
Siyarto: Avropa liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün növbəyə düzülürlər


Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, bu gün Avropa liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər.

 P.Siyarto bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"15 il əvvəl, biz (Macarıstan - red.) Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında tərəfdaşlıq qurmağa başlayanda bəzi Avropa liderləri bizi lağa qoyur və nəsihət verirdilər. Bu gün həmin liderlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər", - o yazıb.

P.Siyartonun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Macarıstana energetika, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində əhəmiyyətli nəticələr gətirib: "MOL Group" və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında paylara sahibdirlər və beynəlxalq bazarda sadə alıcılardan (karbohidrogen - red.) istehsalçıya çevriliblər".

Qeyd edək ki, bu gün Budapeştdə Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib. Komissiyanın həmsədri Azərbaycan tərəfindən maliyyə naziri Sahil Babayev, Macarıstan tərəfindən isə Peter Siyartodur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.