Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir

Baxış: 231
Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir


Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir. 

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY  Azərbaycan 2025"in bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:   

"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olur. Eni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır".

M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminə 7 faizi məhv olub:

"Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.