Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyan: Naxçıvana gediş-gəliş üçün maneəsiz əlaqə yaradılacaq

Baxış: 135
Paşinyan: Naxçıvana gediş-gəliş üçün maneəsiz əlaqə yaradılacaq


Avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişi paraflanmasından sonra iki ölkə arasında sülh yaranıb. 
 Ermənistan baş naziri Nikol Paşinyan ŞƏT sammitindən çıxışı zamanı deyib.
“Bu, daha geniş regional əhəmiyyətə malik olacaq tarixi dönüş nöqtəsidir. Dünən sammitdə iştirak edən liderlər bizi və Azərbaycanı sülhün bərqərar olması münasibətilə təbrik etdilər”, - o qeyd edib.
Paşinyan əlavə edib ki, hazırda biz ölkələrimiz arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat əlaqələrinin açılması məsələsini müzakirə edirik: “Bu səylər Azərbaycan Respublikasının materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi ilə maneəsiz əlaqəni əhatə edəcək ki, bu da həm beynəlxalq, həm də ölkədaxili rabitədə Ermənistana qarşılıqlı fayda verəcəkdir”.
Ətraflı
Paşinyan onu daəlavə edib ki, Ermənistanla Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün kommunikasiya açılması nəticəsində ŞƏT-ə üzv olan bütün dövlətlər, o cümlədən ən yaxın qonşularımız üçün yeni logistik imkanlar yaranacaq.
Paşinyan çıxışında Ermənistanla Pakistan arasında diplomatik əlaqələrin qurulması haqqında birgə bəyannamə imzalaması münasibəti ilə Pakistanın baş naziri Şahbaz Şərifə minnətdarlıq edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.