Sülh imzası Qafqazı dəyişdirir - Zəngəzurdan dünya bazarına
Tarix: 8-08-2025, 14:20
/
Baxış: 1 186
Cənubi Qafqaz üçün tarixi gündür. Vaşinqton anlaşmasıyla Azərbaycan ilə Ermənistan arasındakı 37 illik qarşıdurmaya bu gün son qoyulacağı gözlənilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı. Bununla da Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində regionda yeni səhifə açılır. Qafqaz sülh və inkişaf fazasına daxil olur.
Sülh anlaşması Qafqaza və eləcə də Azərbaycana hansı iqtisadi dividendlər vəd edir?
Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzunu belə şərh edib:
“Sülh anlaşmasının imzalanmasının starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı, iqtisadi təsirləri də az deyil. Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər.
Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülh müqaviləsinin imzalanmasının regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyuluşlarında daha maraqlı olacaqlar.
Bu isə regiona daha çox sərmayənin cəlbi deməkdir. Xüsusilə nəzərə almalıyıq ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olub.
Azərbaycan Prezidentinin göstərişi ilə yeni dövrün yeni hədəflərinə uyğun olaraq qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir.
Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq”.
Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq:
“Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da bütövlükdə Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevirəcək. Bütövlükdə, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi daha stabil və inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım olacaq”.
Digər xəbərlər
Xəbər lenti
12:14
17-09-2026
17-09-2026
12:10
17-09-2026
17-09-2026
12:01
17-09-2026
17-09-2026
11:58
17-09-2026
17-09-2026
11:51
17-09-2026
17-09-2026
11:47
17-09-2026
17-09-2026
11:44
17-09-2026
17-09-2026
10:49
17-09-2026
17-09-2026
10:45
17-09-2026
17-09-2026
10:41
17-09-2026
17-09-2026
09:54
17-09-2026
17-09-2026
09:30
17-09-2026
17-09-2026
09:30
17-09-2026
17-09-2026
09:27
17-09-2026
17-09-2026
09:11
17-09-2026
17-09-2026
22:11
16-09-2026
16-09-2026
21:48
16-09-2026
16-09-2026
21:18
16-09-2026
16-09-2026
20:43
16-09-2026
16-09-2026
20:33
16-09-2026
16-09-2026
19:44
16-09-2026
16-09-2026
19:14
16-09-2026
16-09-2026
18:51
16-09-2026
16-09-2026
18:31
16-09-2026
16-09-2026
18:21
16-09-2026
16-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Bostandan Bazara Gedən Məhsulun Keyfiyyəti Tarlada Formalaşır
16-09-2026 22:11
/
243
Əkin Sahəsində Atılan Hər Düzgün Addım Yığımda Öz Qarşılığını Verir
16-09-2026 21:48
/
225
Fermerin Ən Böyük Kapitalı Məhsuldarlığını Qoruyan Torpaqdır
16-09-2026 21:18
/
288
Bağların Bərəkəti Ağacların Mövsüm Boyu Aldığı Qayğı ilə Ölçülür
16-09-2026 20:43
/
189
Tərəvəz Sahələrində Sağlam Məhsul Düzgün Becərmədən Başlayır
16-09-2026 20:33
/
189
Bostançılıqda Təcrübə ilə Müasir Yanaşma Birlikdə Daha Çox Bərəkət Yaradır
16-09-2026 20:16
/
207








































