Vaşinqton razılaşmalarına Rusiya və Çindən reaksiyalar necə olacaq - ilginc proqnozlar
Tarix: 8-08-2025, 13:40
/
Baxış: 173
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq müxtəlif sənədlərə Moskva və Tehranın reaksiyası necə olacaq?
Musavat.com-un məlumatına görə, politoloq Elxan Şahinoğlu bu sual ətrafında fikirlərini bölüşüb. Ekspertin sözlərimə görə, Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilməyəcək: “Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq-aşkar bəyanat yayması ehtimalı azdır. Çünki, Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Donald Trampla sıx təmas içindədir və iki liderin yaxınlarda görüş ehtimalı var. Belə vəziyyətdə Rusiyanın ABŞ-ın Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etməyəcək”.
E.Şahinoğlu hesab edir ki, buna baxmayaraq, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ-la saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər: “Eyni ilə Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmayacaq. Əksinə İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır. Onun yaxın günlərdə İrəvana da səfəri planlaşdırılır. Tehran bundan başqa Vaşinqtonla dialoq imkanlarını araşdırır. Bu səbəbdən İranın rəsmi qurumları ABŞ-ın Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaqlar. Buna baxmayaraq, həmişəki kimi İrandakı mühafizəkarlar “sinələrini” qabağa verəcəklər. Bu məqamda mühafizəkarların ilk dəfə Bakı ilə yanaşı İrəvanı da hədəf seçəcəyini proqnozlaşdırmaq olar. Həmin mühafizəkarların Azərbaycanı hədəf almalarına öyrəşmişik.
Vaşinqtondakı sənədlərə Ermənistanın baş naziri Nikol Paşinyan da imza atacaq, onun ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşacağı haqqında mülahizələr var. Yəni ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsində Azərbaycanla yanaşı Ermənistan da rol oynayacaq. Bu baxımdan İranın mühafizəkar dairələrinin Paşinyana qarşı da təbliğat kampaniyasına başlaya biləcəyini söyləmək olar”.
Politoloq hesab edir ki, Vaşinqtondakı razılaşmalara Çinin də reaksiyasi maraqlı olacaq: “Çinin Cənubi Qafqaz ölkələrinə yatırımları artmaqdadır. Çin Cənubi Qafqazın hər 3 ölkəsi ilə müxtəlif ortaq layihələr reallaşdırır. Bundan başqa Çinin Azərbaycan üzərindən yük daşımaları artıb. Əgər Nikol Paşinyan ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılaşarsa, Pekinin buna reaksiyası necə olacaq? Əlbəttə, Çin ona adi olmayan mövzuya qarışmamağa üstünlük verəcək. Ancaq məsələ burasındadır ki, Çin gələcəkdə Zəngəzur dəhlizindən istifadə etməyi planlaşdırırdı. Əgər dəhlizin Ermənistan hissəsinə ABŞ şirkəti nəzarət edərsə, Pekin Vaşinqtonun simasında rəqibinin Çindən çıxan yüklərə nəzarət etməsinə razılaşarmı? Əslində bunun da həll yolu var. Çin Zəngəzur dəhlizindən ehtiyat edərsə, yüklərini indiki kimi Bakı-Tbilisi-Qars dəmiryolu ilə və ya tikintisi sürətlə davam edən İrandan keçəcək Araz dəhlizindən istifadə edə bilər”.
Digər xəbərlər
Xəbər lenti
16:00
05-12-2025
05-12-2025
15:46
05-12-2025
05-12-2025
15:19
05-12-2025
05-12-2025
15:18
05-12-2025
05-12-2025
15:16
05-12-2025
05-12-2025
15:00
05-12-2025
05-12-2025
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
Fermer Sahibkarlar Balı Onlayn Platformada Brend Satışa Çevirir
05-12-2025 15:46
/
18
Arıçılıqdan Premium Məhsula Sahibkarlıq: Kənd Məhsulunu Rəqəmsal Bazara Çevirmək
05-12-2025 15:17
/
63
Baldan Brendə: Arıçılıqda Fermer Sahibkarların Yeni Gəlir Modeli
05-12-2025 15:00
/
90
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
144
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117




































