Moskvadan qızışdırıcı mövqe - qonşumuza yeni hədə: “Zelenski yolu getməklə...”
Tarix: 17-07-2025, 15:30
/
Baxış: 245
“Ermənilər üçün kilsə, mənəviyyat və xristianlıq həyatın əsas sütunlarındandır. Cəmiyyəti məhv etmək, onu səssiz sürüyə çevirmək üçün əsas özəyi - inancı yıxmaq lazımdır”.
“Unikal” xəbər verir ki, bunu mediaya müsahibəsində Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.
O, Volodimir Zelenskinin Ukraynada pravoslavlığı məhv etdiyini bildirərək, Paşinyanın da həmin yolu tutduğunu bildirib. “Ermənilər öz imanlarını müdafiə edəcəklər, mən düşünmürəm ki, Paşinyan kuratorlarının ona təklif etdiyi vəzifəni yerinə yetirə bilsin”, - deputat deyib.
N.Paşinyanın devrilməsi üçün bəhanələrdən biri də xristianlıq, kilsə ola bilərmi?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Ermənistanın geosiyasi kursunda yaşanan dəyişikliklər təkcə Qərb və Rusiya arasında tərəddüddə qalmış bir ölkənin daxili dilemması deyil, eyni zamanda regiondakı strateji balansın yenidən qurulması cəhdidir: “Bu dəyişikliklər fonunda Duma deputatının səsləndirdiyi sərt və təxribat xarakterli fikirlər sadəcə fərdi mövqe yox, Kreml çevrələrinin Ermənistana qarşı hazırladığı yeni ritorikanın tərkib hissəsidir”.
Politoloq deyir ki, Rusiya uzun illərdir postsovet məkanında pravoslav kilsəsi, “mənəvi dəyərlər”, rus dili və “mədəni-ideoloji birliyin” qorunması kimi anlayışlardan yumşaq güc vasitəsi kimi istifadə edir: “Ermənistanda isə bu mexanizm erməni kilsəsi və onun ictimai təsir gücü ilə işləyir. Rus deputatın Paşinyanı "xristianlığı məhv etməklə" ittiham etməsi, əslində onu erməni kilsəsinə qarşı yönəlmiş, Qərblə əməkdaşlıq edən və öz xalqından uzaqlaşan lider kimi təqdim etmək cəhdidir. Bu, Paşinyanın devrilməsinə hazırlıq üçün ideoloji zəminin yaradılmasıdır. Ukraynada Zelenskiyə qarşı Rusiyanın əsas ideoloji ittihamlarından biri pravoslav kilsəsinin muxtariyyətini tanıması və Moskva patriarxlığından uzaqlaşdırılması idi. Bu, Rusiya üçün yalnız dini məsələ deyildi. Çünki kilsə Rusiya üçün dövlət ideologiyasının təməl sütunudur. Paşinyana qarşı “xristianlığı məhv etmə” ittihamı da eyni model üzərində qurulur. Burada əsas məqsəd Ermənistan daxilində cəmiyyətlə Paşinyan arasındakı dini-mənəvi gərginliyi artırmaq, Paşinyanı Qərb kuratorlarının milli dəyərləri dağıdan icraçısı kimi təqdim etmək, Ermənistanı müstəqillik istəyən, amma nəticədə məhvə sürüklənən dövlət obrazında göstərməkdir".
Politoloqun sözlərinə görə, bu, Rusiya üçün strateji önəmli olan Ermənistanı öz orbitində saxlamaq üçün aparılan psixoloji və informasiya müharibəsinin bir hissəsidir: “Ermənistanın müstəqillik cəhdindən doğan Moskvanın panikası açıq görünür. Paşinyanın Rusiya orbitindən uzaqlaşmaq cəhdləri, KTMT-dən çıxmaq, Avropa İttifaqı ilə təhlükəsizlik sazişi, Qərb müşahidə missiyasının Ermənistana dəvət olunması kimi addımları Moskva üçün təkcə hərbi deyil, ideoloji məğlubiyyətdir. Rusiya artıq Ermənistandakı real təsir alətləri olan ordu, sərhədçilər, enerji infrastrukturu və media üzərindəki dominantlığın tədricən əldən çıxdığını görür. Belə olan halda kilsə və mənəviyyat kimi konseptlər Rusiya üçün son müdafiə xətlərindən biridir. Ona görə də rus deputatı önə veriblər.
Deputat da deyir ki, erməni xalqı öz ölkəsini Paşinyanın rəhbərliyi ilə Qərbin ideyalarına qurban verəcək, ya da müdafiə edəcək. Bu cür ritorika ilə Paşinyan xain, xalq isə milli müqavimət qüvvəsi kimi təqdim edilir. Məqsəd isə xalqın müəyyən qismini ayağa qaldırmaq, “xristian dəyərlərini müdafiə etmək” adı ilə daxili narazılıqları alovlandırmaqdır. Bu ritorika Azərbaycana da tanışdır. Vodolatskinin ritorikası yalnız Ermənistana deyil, dolayısı ilə bütün postsovet ölkələrinə, xüsusilə Qərbə inteqrasiya etmək istəyənlərə ünvanlanır. Azərbaycan da illərlə buna bənzər “qardaşlıq”, “mənəviyyat”, “ortaq tarix” ritorikaları altında təzyiqlərə məruz qalıb. Amma zaman göstərdi ki, ideoloji şantajlarla dövlət qurmaq olmur. Ermənistanın gələcək istiqaməti onun dini identikliyindən deyil, geosiyasi müdrikliyindən asılı olacaq".
Digər xəbərlər
Xəbər lenti
14:00
10-01-2026
10-01-2026
13:22
10-01-2026
10-01-2026
13:00
10-01-2026
10-01-2026
12:44
10-01-2026
10-01-2026
12:17
10-01-2026
10-01-2026
12:00
10-01-2026
10-01-2026
11:47
10-01-2026
10-01-2026
11:33
10-01-2026
10-01-2026
09:55
10-01-2026
10-01-2026
09:46
10-01-2026
10-01-2026
09:41
10-01-2026
10-01-2026
09:37
10-01-2026
10-01-2026
21:18
09-01-2026
09-01-2026
20:43
09-01-2026
09-01-2026
20:33
09-01-2026
09-01-2026
20:16
09-01-2026
09-01-2026
19:44
09-01-2026
09-01-2026
18:51
09-01-2026
09-01-2026
18:31
09-01-2026
09-01-2026
17:49
09-01-2026
09-01-2026
17:33
09-01-2026
09-01-2026
17:17
09-01-2026
09-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
“2026-cı ildə Ev Ticarətindən Sahibkarlığa Uzanan Yeni Biznes Strategiyaları”
09-01-2026 22:11
/
171
“Sahibkarlar Ev Ticarətini Rəqəmsal Marketinq ilə Brend Satışa Çevirir”
09-01-2026 21:48
/
126
“Ev Ticarətində Kiçik Sahibkarlardan Brend Liderliyinə Keçid”
09-01-2026 21:18
/
117
“2026: Ev Ticarətində Sahibkarlar üçün Rəqəmsal Gəlir İnqilabı”
09-01-2026 20:43
/
117
“Sahibkarlıqda Ev Alqı-Satqısı və Premium Ticarət Sinergiyası”
09-01-2026 20:33
/
108
“Kiçik Ev Satıcılarından Regional Brend Sahibkarlığına Yeni Addım”
09-01-2026 20:16
/
117



































