Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bəylər Eyyubovun vəzifəsi dəyişdi - Yeni təyinat - FOTO

Baxış: 174
Bəylər Eyyubovun vəzifəsi dəyişdi - Yeni təyinat - FOTO


Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb.

Xəbəri ilk olaraq Gününsəsi.info yayıb. Məlumata görə, o, Prezident Katibliyinin rəisi təyin olunub.

"Unikal"ın məlumatına görə, Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib.

F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi.

General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.
16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.