Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident bu yolların əsaslı təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Baxış: 170
Prezident bu yolların əsaslı təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM


Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev iyunun 3-də sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur: "Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.