Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 16-dan 40-a yüksəldib – “Arab News”
Tarix: 29-05-2025, 15:30
/
Baxış: 148
Dünya mediası 4.2 milyard dollarlıq yeni müqavilədən danışır
“3 qardaş”ın Laçında keçirilən görüşü Ərəb Dünyasında da maraqla qarşılanıb. Musavat.com bildirir ki, bu görüşlə bağlı Səudiyyə Ərəbistanında nəşr olunan ingilisdilli gündəlik qəzet olan “Arab News” geniş məqalə təqdim edib. Məlumat üçün deyim ki, 2019-cu ilin may ayından etibarən bu qəzet Səudiyyə Ərəbistanının taxt-tacın bir addımlığında olan vəliəhdi Məhəmməd bin Salmanın qardaşı Şahzadə Turki bin Salman Əl Səuda məxsusdur. Qəzet Səudiyyə hökumətinin rəsmi mövqeyini təbliğ edir.
“Arab News” Prezident İlham Əliyevə istinadla bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub və Pakistana 2 milyard dollar sərmayə qoymağa hazırdır. O, həmçinin Azərbaycanın Pakistanın müdafiə sənayesi ilə daha sıx əməkdaşlığı nəzərdə tutduğunu bildirib: "Biz inanırıq ki, böyük potensial var və bunun böyük əhəmiyyəti var. Müdafiə sənayesində birgə hərbi təlimlər və layihələr silahlı qüvvələrimizin potensialını artırar. Bununla da müdafiə sahəsində həyata keçiriləcək əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyi təmin edə bilər".
“Arab News” yazır ki, son həftələrdə Azərbaycan Pakistandan dəyəri 4.2 milyard dollar olan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını sürətləndirib. Pakistanın tədarük edilən qırıcıların sayının 16 ədəddən 40-a çatdırdığı barədə çoxsaylı məlumatlar yayılıb.
Sözügedən təyyarənin JF-17 ailəsinin ən son və ən qabaqcıl modeli olduğu deyilir. Block III Pakistan və Çin tərəfindən birgə hazırlanmış və hazırkı qlobal bazarda ən sərfəli döyüş təyyarələrindən biri kimi tanınır və 4,5 nəsil qırıcılar sinfinə daxildir.
Xatırladım ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında 1,6 milyard dollarlıq müqavilə imzalanıb. Həmin müqavilədə 16 qırıcının idxalı nəzərdə tutulmuşdu. İndi isə söhbət 4.2 milyard dollardan və 40 qırıcıdan gedir. Bu, kəskin fərq deməkdir.
Onu da qeyd edim ki, sürəti saatda 2 205 kilometr olan bu qırıcılar "hava-hava" və "hava-yer" təyinatlı raketləri və digər bombaları daşıya bilir. Ən önəmlisi isə odur ki, Türkiyə istehsalı olan raketlərin bu qırıcılara inteqrə edə bilirik. Eləcə də bu qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatları istifadə etmək qabiliyyətinə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan havada nəinki Ermənistana, hətta İrana qarşı da dominant üstünlüyə nail olacaq.
“Aviacionline.com” saytı yazır ki, Pakistan bu JF-17 Block III qırıcısını Argentinaya 50 milyon dollara təklif edib. Aviation.stackexchange.com saytı isə bu qırıcıların 55 milyon dollar olduğunu bildirib. Belə ki, İraq Pakistana 667 milyon dollar ödəyərək 12 ədəd belə qırıcı alıb.
Azərbaycanın bu qırıcıya görə Pakistana 35-40 milyon dollar ödədiyi ehtimal olunur. Bu isə o deməkdir ki, 4.2 milyard dollara Azərbaycan Pakistandan 100-dən çox qırıcı alacaq. O da ola bilər ki, Azərbaycan Pakistandan 40 qırıcı alacaq və yerdə qalan pula isə digər Pakistan silahlarının idxalı nəzərdə tutulub. Silah ticarətində məxfilik xüsusi önəm daşıyır. Ona görə də bir çox sövdələşmələrin gizli saxlanılır...
“Defencesecurityasia.com” saytı isə bugünlərdə yazmışdı ki, Azərbaycan alacağı qırıcıların sayını 16-dan 40 qaldırmaq üçün Pakistanla 4.2 milyard dollarlıq müqavilə imzaladığı söylənilir. Əgər bu, belədirsə, bu, Pakistanın ən böyük qırıcı ixracı olacaq. Yəni Azərbaycan JF-17 Block III qırıcısının alışı baxımdan Nigeriya və Myanmarı belə arxada qoyacaq.
https://www.arabnews.com/node/2602496/amp
Digər xəbərlər
Xəbər lenti
18:51
05-12-2025
05-12-2025
18:31
05-12-2025
05-12-2025
18:21
05-12-2025
05-12-2025
17:49
05-12-2025
05-12-2025
17:33
05-12-2025
05-12-2025
16:53
05-12-2025
05-12-2025
16:00
05-12-2025
05-12-2025
15:46
05-12-2025
05-12-2025
15:19
05-12-2025
05-12-2025
15:18
05-12-2025
05-12-2025
15:16
05-12-2025
05-12-2025
15:00
05-12-2025
05-12-2025
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
Heyvandarlıqdan Ticarətə: Fermer Sahibkarlar İl Boyu Gəlir Modeli Qurur
05-12-2025 19:14
/
27
Qoyun və Quzu Sahibkarlığı: Kənd Məhsulunu Brend Məhsula Çevirmək
05-12-2025 18:51
/
27
Toyuq Yetiştiriciliyindən Yumurtaya Sahibkarlıq: Fermerlər Yeni Gəlir Nişi Kəşf Edir
05-12-2025 18:31
/
54
Süd və Pendirdən Brend Məhsula Sahibkarlıq: Heyvandarlıqda Yeni Dövr
05-12-2025 18:21
/
45
Mal-Qara Yetiştiriciliyi Sahibkarlığa Çevrilir: Fermerlər Premium Ət Brendi Yaratdı
05-12-2025 17:49
/
45
Fermer Sahibkarlar Arıçılıq Məhsullarını Rəqəmsal Satışa Keçirir
05-12-2025 17:33
/
45





































