Magistral yollar üçün günəş panelləri quraşdırılır
20:11 / 08-03-2025
Ağıllı şəhər layihələri reallaşır
19:47 / 08-03-2025
Sürücüsüz yük qatarları nəqliyyatda inqilab yaradır
19:25 / 08-03-2025
Alternativ kənd təsərrüfatı üsulları populyarlaşır
18:51 / 08-03-2025
Siyasətdə süni intellekt əsaslı qərarvermə sistemləri tətbiq olunur
18:15 / 08-03-2025
Küçələrdə robot patrullar fəaliyyətə başlayır
17:46 / 08-03-2025
Elektrikli avtobuslar ictimai nəqliyyatda dominant olur
17:21 / 08-03-2025
Ağıllı nəqliyyat sistemləri tıxacları idarə edir
17:00 / 08-03-2025
Kosmos sektoru özəl şirkətlərin nəzarətinə keçir
16:44 / 08-03-2025
Ağıllı yol nişanları və işıqforlar tətbiq edilir
16:18 / 08-03-2025
Sosial şəbəkələrdə dərin feyk (deepfake) təhlükəsi artır
16:00 / 08-03-2025
Yeni ekoloji vergi siyasətləri tətbiq olunur
15:47 / 08-03-2025
Dron taksilər test mərhələsinə keçir
15:24 / 08-03-2025
Elektrikli avtomobillər üçün yeni şarj stansiyaları açılır
15:00 / 08-03-2025
Şəhərlərdə “yaşıl yollar” layihələri həyata keçirilir
14:39 / 08-03-2025
Kənd təsərrüfatında robotlaşdırılmış yığım sistemləri tətbiq olunur
14:16 / 08-03-2025
Yeraltı avtomobil yolları tikilməyə başlanır
14:00 / 08-03-2025
Alternativ yanacaq növləri populyarlaşır
13:44 / 08-03-2025
Avtonom avtomobillər şəhər yollarında geniş yayılır
13:00 / 08-03-2025
Bu ölkədə də "TikTok" qadağan edildi
12:49 / 08-03-2025
Futbol tarixinin ən bahalı heyəti
12:34 / 08-03-2025
8 Mart ərəfəsində gül bazarında VƏZİYYƏT
12:15 / 08-03-2025
Donetsk bombalandı: dinc sakinlər öldü
12:00 / 08-03-2025
Krana çıxıb özünü atmaq istədi - Bakıda
11:31 / 08-03-2025
Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI
11:11 / 08-03-2025
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
10:49 / 08-03-2025
Türkiyə və İranın XİN rəhbərləri görüşdü
10:43 / 08-03-2025
“Krokus”a hücuma göstəriş verən ABŞ-də tutuldu
10:32 / 08-03-2025
Tramp: Mən hələ də Putinə inanıram
10:23 / 08-03-2025
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
09:11 / 08-03-2025
Dövrün nəqliyyat strategiyası: yeni nəqliyyat “bum”u - Şərh

"Azərbaycan qlobal nəqliyyat xəritəsində baş verən dəyişikliklərə çevik adaptasiya etmək, daxili nəqliyyat infrastrukturunu modernləşdirmək üçün aktiv fəaliyyətə keçir. Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə verilən mesajlar, səslənən təkliflər nəqliyyat sektorunda inqilabi və zamanın tələblərinə uyğun reformasiyanın əsasını qoyacaq".
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
Deputatın sözlərinə görə, ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi nəticəsində qlobal nəqliyyat xəritəsinə əlavə olunan yeni ştrixlər, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəqliyyat sistemində keyfiyyətli dəyişiklikləri zərurətə çevirib. "Azərbaycanın yerləşdiyi çoğrafiya onu Qərblə Şərqin, Şimalla Cənubun birləşdirici həlqəsinə çevirir. Başqa sözlə, Azərbaycan Avropa və Asiya regionları arasında strateji logistik və tranzit məntəqəsi halına gəlir ki, bu amil bütün Avrasiyanın nəqliyyat xəritəsində öz dərin izlərini qoyacaq.
Prezident İlham Əliyev müşavirədə respublika çərçivəsində nəqliyyat islahatlarının əsas hədəflərini göstərməklə yanaşı, əhalinin rahatlığının təminində bu sektorun üzərinə düşən vəzifələri də diqqətə çatdırdı. Azərbaycan əhalisinin sayının artıq 10 milyon nəfəri keçməsi və xüsusilə, paytaxtda müşahidə olunan artım dinamikası təbii ki, nəqliyyat sahəsində ciddi layihələrin icrasına da zərurət yaradır. Məhz bu nöqteyi-nəzərdən, son 15 il ərzində Bakı şəhərində bir çox layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Beləliklə, həyata keçirilən proqramlar paytaxtın nəqliyyat panoramının tamamilə dəyişməsini şərtləndirib", - o qeyd edib.
Deputat bildirib ki, ancaq bunlar son deyil, qarşıda yeni vəzifələr dayanır və həmin vəzifələr Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqinə dair sərəncamda da əksini tapır: "Beləliklə, daxili nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin prioritet istiqamətləri bunlardır:
1.Avtomobil yolları
Son 20 il ərzində 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.
2.Dəmir yolları
Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilib. Hazırda
Ələt-Astara dəmiryolu fəaliyyətdədir, Bakı-Qəbələ dəmir yolu uğurla inşa olunub, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa edib.
3.Hava yolları
Son 20 il ərzində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanlarına Qəbələ, Zaqatala, Füzuli və Zəngilan aeroportları da əlavə olunub. 9-cu beynəlxalq hava limanı isə bu il Laçında istifadəyə veriləcək.
4.Dəniz linamları
Azərbaycan yeni Dəniz Ticarət Limanı inşa edir. Limanın 1-ci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulsa da, yüklərin həcminin artması onun imkanlarını 25 milyon tona çatdırmağı tələb edir.
5.Metro nəqliyyatı
Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 2008-ci ildən bu günə qədər metronun 7 yeni stansiyası tikilib, 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir.
6.Gəmi nəqliyyatı
Bakıda gəmiqayırma zavodu tam gücü ilə işləyir. Hazırda zavodda 6 müxtəlif ölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyət yeni səviyyəyə qaldırılır. Yükgötürmə qabiliyyəti 100 min ton olan daha 4 böyük tanker alınıb ki, bu, ölkəmizin nəqliyyat imkanlarını bir qədər də genişləndirir.
Göründüyü kimi, son 20 il ərzində ölkə daxilində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində misilsiz işlər görülüb və proses bu gün də davam edir. Daxili imkanlar isə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində layiqli yer alması üçün də stimul rolunu oynayır. Prezidentin uğurlu strategiyası hesabına Azərbaycan coğrafi vəziyyətindən səmərəli istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin ərazilərimizdən keçməsinə nail olur.
Hindistandan başlayıb Londonda başa çatan və yaxud əks istiqamətdə yüklərin daşınmasını təmin edən Şimal-Cənub dəhlizinin əsas tranzit-logistik mərkəzi Azərbaycandır. Çindən start götürən və Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da Azərbaycan ərazisindən keçir və Ələt Dəniz Ticarət Limanı Orta Dəhlizin logistik mərkəzi kimi beynəlxalq statusunu möhkəmləndirməkdədir. Avropa və Asiya ölkələrinin xüsusi maraq göstərdiyi və Prezident İlham Əliyevin şəxsi nailiyyəti sayılan Bakı-Tbilisi-Qars dəmiryolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılmasında da ölkəmizin müstəsna rolu var.
Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi bir sıra şərtlərdən asılıdır.
Çünki, sadəcə coğrafi yerləşmə nəqliyyat qovşağı statusunu qazanmağa təminat vermir. Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da, nəqliyyat konsepsiyasının müdrikcəsinə həyata keçirilməsi dünya okeanlarından uzaqda yerləşən bir dövləti həm Qərb, həm də Şərq dünyası üçün vazkeçilməz aktora çevirir. Təsadüfi deyil ki, bəlli mərkəzlər Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etməyin mümkün olmadığını deyirlər. Şimal-Cənub marşrutu üzrə əsas oyunçular – Hindistan, İran, Rusiya və Avropa nəhəngləri Ermənistanla daha sıx münasibətlərə sahib olsalar da, onlar sözügedən marşrutun Azərbaycan ərazisindən keçməsinin iqtisadi cəhətdən daha rentabelli, təhlükəsizlik baxımından daha etibarlı olduğunu bildirirlər.
Bütün bunlar gəlişigözəl sözlər deyil, rəsmi Bakı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma məsələlərinə də xüsusi diqqət yetirir. Bundan başqa, qonşu ölkələrlə yaradılan yeni əməkdaşlıq formatları və müştərək müəssisələr nəqliyyat konsepsiyasının effektiv şəkildə icrasına geniş imkanlar açır. Burada kiçik bir detala toxunaq ki, Prezident İlham Əliyev Orta Dəhliz xəttinin ən vacib seqmentinə çevriləcək Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşdırılacağını deyir.
Doğrudur, Ermənistan 2020-ci ildə imzaladığı kapitulyasiya aktı üzrə öhdəliklərindən imtina edərək dəhlizin açılmasına mane olur və bunu öz suverenliyinə təhdid sayır. Ancaq qarşı tərəf Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılması məcburiyyətindən yayına bilməz. Çünki, Zəngəzur dəhlizi artıq beynəlxalq leksikonda yer alır və onun işə düşməsində tək Azərbaycan deyil, Çin, Mərkəzi Asiya respublikaları və Avropa üzrə tərəfdaşlar da maraqlıdır.
Artıq Zəngəzur xəttinin keçəcəyi bölgələrdə nəqliyyat layihələrinin icrasında da böyük uğurlara imza atılır. Məsələn, statistik məlumatlara görə, azad edilmiş ərazilərdə
-44 avtomobil yolu layihəsi icra edilib;
-45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub;
-onlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb;
-Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib;
-Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.
Bir sözlə, Azərbaycan yeni nəqliyyat “bum”u ərəfəsindədir. Prezidentin irəli sürdüyü nəqliyyat konsepsiyası bu sektor üzrə həm daxildəki mövcud çətinliklərin aradan qaldırılmasını şərtləndirəcək, həm də ölkəmizin beynəlxalq nəqliyyat qovşağı imicinin möhkəmləndirilməsində müstəsna rol oynayacaq. Yeni layihələrin icrası həmçinin, əhalinin rifah halının yaxşılaşdırılması, demoqrafik inkişafın hansısa böhranlı vəziyyətlə müşayiət olunmamasına təkan verəcək. Yaxın günlərdə icrasına start veriləcək 2025-2030-cu illər üzrə dövlət proqramı isə Azərbaycanın yeni dövr nəqliyyat xəritəsinin əsas komponentlərinə tam aydınlıq gətirəcək".
Bölməyə aid digər xəbərlər

Tarix: 1-02-2025, 14:14 Oxunub: 22
Bölməyə aid digər xəbərlər
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
7-08-2024, 16:57
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdəki yeni üfüqlər uğurlu perspektivlər vəd edir
18-07-2024, 11:49
Yeni Azərbaycan Partiyası İH-nin növbəti iclası keçirilib.
14-06-2024, 12:37
Türkiyənin aktiv fay xəritəsi yeniləndi! Budur MTA aktiv nasazlıq xətti risk xəritəsi
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
25-02-2022, 11:13
Deputat: “Müdafiə Nazirliyindəki həbslər ordudakı islahatların bir hissəsidir” – MÜSAHİBƏ
6-02-2022, 14:22
Azərbaycanın enerji diplomatiyası Qərbin selektiv və marginal siyasətinə qarşı – ŞƏRH

5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
15-05-2021, 14:41
"20 min əhalinin şəhərlə əlaqəsi, ümumiyyətlə, kəsilmişdi"
15-05-2021, 11:49
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO