Helikopterlə sərnişin təyyarəsi toqquşdu - Ölənlər var - VİDEO
09:33 / 30-01-2025
Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi
09:19 / 30-01-2025
İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...
09:15 / 30-01-2025
Mikro Sahibkarlar üçün Rəqəmsal Marketinqin Yeni Sirləri
22:12 / 29-01-2025
Sahibkarlar üçün Yaşıl Biznes Modeli: Ekoloji Dayanıqlılıq və Gəlirlilik
21:43 / 29-01-2025
Brendin İnsani Yüzünü Yaratmaq: Müştərilərlə Dərin Əlaqələr Qurmağın Açarı
20:17 / 29-01-2025
Niş Marketinq və Fərdiləşdirilmiş Məzmun
19:42 / 29-01-2025
Müştəri Təcrübəsini Yüksəltmək və Loyaliteyi Artırmaq
19:19 / 29-01-2025
Video Marketinq və Vizual Məzmunun Gücü: Brendinizi Tanıtmanın Etkili Yolu
19:00 / 29-01-2025
Hibrid Brend Modeli: Onlayn və Fiziki Dünyanın Birləşdirilməsi
18:51 / 29-01-2025
Davamlılıq və Sosial Məsuliyyət: Yaşıl Bizneslər
18:21 / 29-01-2025
Hədəf Auditoriyasını Dərindən Anlamaq və Onlarla Əlaqə Qurmaq
17:44 / 29-01-2025
Güclü Rəqəmsal İdentiklik və SEO Strategiyaları
17:15 / 29-01-2025
Uğurlu Brend Yaratmaq: Yeni Sahibkarlar Üçün Yol Xəritəsi
16:49 / 29-01-2025
Süni Zəka Dəstəyi ilə İnnovativ Biznes İdeyaları
16:00 / 29-01-2025
Salyanda yol qəzasında ölən vəzifəli şəxsin FOTOSU
15:19 / 29-01-2025
Qadın Sahibkarlar: Yeni Liderlər Kimlərdir?
15:18 / 29-01-2025
Distant Sahibkarlıq: Fiziki Ofis Olmadan Uğurlu Biznes Qurmaq
15:01 / 29-01-2025
Kriptovalyuta və Sahibkarlıq: Yeni Dövrün Rəqəmsal İnqilabı
14:33 / 29-01-2025
Gələcəyin Sahibkarı: Z Nəsli Hansı Biznes Modelləri Seçir?
14:00 / 29-01-2025
Sahibkarlıqda Yeni Dalğa: Süni İntellekt və Avtomatlaşdırmanın Gələcəyi
13:47 / 29-01-2025
PA rəhbəri də səs verdi - Fotolar
13:01 / 29-01-2025
Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
12:54 / 29-01-2025
“Taksilərin sayı 67 mindən 30 minə salınıb, mərkəzə səfərlər kəskin azalıb”
11:45 / 29-01-2025
İlham Əliyev Si Cinpini təbrik etdi
11:11 / 29-01-2025
Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
10:53 / 29-01-2025
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər.
Təbrikdə deyilir:
"Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.
Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.
Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.
Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir.
Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.
Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP 29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik.
Sizin xeyir-duanızla COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır.
Məhz Sizin “yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən “Yaşıl Dünya Naminə Həmrəylik İli” kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq.
Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.
Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Yepiskop Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının
ordinarisi
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri"
Bölməyə aid digər xəbərlər

Tarix: 24-12-2024, 11:05 Oxunub: 25
Bölməyə aid digər xəbərlər
1-01-2024, 00:04
Prezidentin Yeni il müraciəti
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
23-12-2021, 11:50
Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİB
27-09-2021, 10:20
İlham Əliyev xalqa müraciət edib - VİDEO
27-09-2021, 08:29
Vətən müharibəsinin başlanmasından bir il ötür – UNUDULMAZ TARİXLƏR
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
24-11-2020, 12:58
Azərbaycandakı dini konfessiya rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı bəyanat yayıb
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO