Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Azərbaycanın ərazi bütünlüyünü HƏZM EDƏ BİLMİRLƏR... - AXI NİYƏ?
"27 sentyabr Azərbaycan tarixinin dönüş nöqtəsidir. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ savaşından sonra 30 il işğalda qalan torpaqlarını işğaldan azad etdi. 2023-cü ilin sentyabrın 19-dan 20-sinə keçən gecə 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam olaraq bərpa etdi. İstər 44 günlük savaş, istərsə də 23 saatlıq lokal antiterror tədbirlərinin arxasında uzun illərə dayanan, uzaq perspektivə hesablanan düşünülmüş strateji xətt doğru, ideoloji müstəvidə aparılan fəaliyyət, həmçinin hərbi və diplomatik sahədə uğurların əldə edilməsi dayanır. Çünki Azərbaycan elə bir bölgədə yerləşir ki, burada qlobal güclərin və böyük dövlətlərin çox ciddi maraqları var və biz bunu sülh danışıqları prosesində müşahidə edirik".
Bu barədə Bizimyol.info xəbər portalına Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu danışıb. Siyasi şərhçinin sözlərinə görə, əslində sülh danışıqları və İkinci Qarabağ savaşında keçmiş “Minsk” qrupunun həmsədrlərindən biri olan Fransanın hansı mövqe tutması bir daha sübut etdi ki, müharibənin başlanması, eyni zamanda diplomatik və hərbi müstəvidə aparılan fəaliyyətin arxasında hansı çətinliklər dayanır.
“Əslində Azərbaycan bu illər ərzində nə qədər təzyiqlərə tab gətirib və səbrli davranıb, sonda qələbə qazanmaq üçün önəmli addımlar atıb. Yəni Azərbaycan müharibə başlayana qədər ideoloji müstəvidə önəmli apardığı işin nəticəsi olaraq, gənclərin hansı ki, Qarabağı görməyən gənclərin nə qədər vətənpərvər və həlledici döyüşlərdə iştirak etdiyini göstərdi. Nə qədər vətənpərvər olduqlarını və döyüşlərə hansı əhval-ruhiyyə ilə getdiyini göstərdi. Eyni zamanda Azərbaycan xarici təzyiqləri neytrallaşdırmağa başladı. Rusiya bölgə ilə bağlı yürütdüyü siyasəti dəyişməyə müvəffəq oldu. Ordu quruculuğunda önəmli addımlar atdı. Bununla yanaşı, bölgə dövlətləri ilə Rusiya Gürcüstan və Türkiyə ilə münasibətlərini əhəmiyyətli dərəcədə irəliyə daşıya bildi. Türkiyə ilə münasibətlər ən yüksək səviyyəyə çatdırıldı və biz İkinci Qarabağ savaşı zamanı Türkiyəni Birinci Qarabağ savaşı zamanından nə qədər fərqli addım atdığını müşahidə etdik”-deyə politoloq bildirib.
Əli Zülfüqaroğlu qeyd edib ki, burada Türkiyənin geosiyasi mövqelərinin möhkəmlənməsi faktorları da var. Eyni zamanda Azərbaycanın yürütdüyü xarici siyasətin nəticəsi olaraq, Türkiyənin Azərbaycana siyasi dəstəyi və Pakistanın Azərbaycana siyasi dəstəyi, həmçinin bir sıra xarici dövlətlərin Azərbaycana verdikləri siyasi dəstək ədalətin yanında olmalarına gətirib çıxardı. Əli Zülfüqaroğlunun fikirncə, bütün bunlar onu deməyə əsas verdi ki, İkinci Qarabağ savaşına qədər gərgin fəaliyyəti, xüsusilə prezident İlham Əliyevin uğurlu diplomatik addımları, ideoloji zəmində mühüm fəaliyyət yürütməsi ilə bağlı tapşırıqların verilməsi, bu sahəyə çox ciddi diqqətin ayrılması həmçinin ordu quruculuğu ilə bağlı istər beynəlxalq əlaqələrin gücləndirilməsi, istərsə də daxildə ciddi addımların atılmasının nəticəsi olaraq Azərbaycan qələbə çaldı: “Ona görə də İkinci Qarabağ savaşına qədər müharibə, müharibə dönəminə qədər lokal antiterror tədbirləri zamanı Azərbaycanın əldə etdiyi uğurlara söykənərək deyə bilərik ki, sülh danışıqları prosesində də Azərbaycan düşünülmüş, kifayət qədər təmkinli, uzaq görən və hər tərəfli siyasi xəttini yürüdəcək.
Azərbaycanın bölgədəki reallıqları dəyişdiyini və ya yeni şərtlər formalaşdırdığını nəzərə alsaq, sülh danışıqları prosesinin də uğurla davam etdiriləcəyi və gec-tez beynəlxalq hüququn tələbləri əsasında ədalətli sülhün əldə olunacağı əminliklə deyə bilərik”.
Politoloq bildirib ki, Ermənistan nə qədər ədalətsiz yanaşma sərgiləsə də, yeni şərtlər irəli sürsə də, bunun arxasında üçüncü qüvvələr dayanır. Xüsusilə, Fransa və Birləşmiş Ştatların bölgədəki maraqları sülh danışıqları prosesinə ciddi şəkildə mane olur.
Politoloq vurğulayıb ki, eyni zamanda Ermənistanın gizli şəkildə silahlandırılması faktorları da var: "Bütün bunlar sülh danışıqları prosesinin həlledici amilinə çevrilməyəcək. Çünki Azərbaycanın yürütdüyü ciddi və uğurlu diplomatik fəaliyyət var. Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də bölgədə nüfuzlu bir dövlətdir. Bu səbəbdən də, Azərbaycan gec-tez sülhün əldə olunmasına nail olacaq".
Bölməyə aid digər xəbərlər

Tarix: 25-09-2024, 16:00 Oxunub: 41
Bölməyə aid digər xəbərlər
21-08-2024, 10:06
Prezidentin Baş müşaviri Uçum'dan 'Yeni Konstitusiya' paylaşımı
8-08-2024, 10:08
AK Partiya İstanbul Millət vəkili Bayramın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb
3-08-2024, 10:51
AK Partiya sözçüsü Ömər Çelikdən İsrailli nazirə reaksiya
18-07-2024, 11:49
Yeni Azərbaycan Partiyası İH-nin növbəti iclası keçirilib.
6-07-2024, 10:43
14 ildən sonra İşçi Partiyasına qələbə gətirən adam: Keir Starmer
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
21-11-2022, 19:48
Prezident İlham Əliyev YAP-ın yaranmasını zəruri edən şərtlərdən danışıb
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
31-01-2022, 10:52
Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO
18-01-2022, 13:47
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
11-10-2021, 19:05
“Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirildi - FOTO
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
16-12-2020, 16:22
Ədalət Vəliyev siyasi partiya sədrləri ilə görüş keçirib
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək