Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Naxçıvanda təlim sessiyaları keçirilib

Baxış: 195

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 100 məktəblinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera”, “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən  bildirilib ki, qurumun daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.