Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Baxış: 203

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 15-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınmış Əziz Əzizovun müraciətinə baxılıb.

Bu barədə MSK-nın və ekspert qrupunun üzvü Fuad Cavadov bildirib.

Onun sözlərinə görə, namizəd səsvermə günü dairənin 10 seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edib. 

"Onun iddiaları, təqdim etdiyi sənədlər araşdırılarkən 23 saylı seçki dairəsinin yalnız 17 saylı məntəqəsində müəyyən qanun pozuntuları aşkarlanıb. Beləliklə, şikayətçinin müraciəti qismən təmin edilib, 17 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib”, - deyə ekspert qrupunun üzvü əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.