Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Moskvada OANA İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib

Baxış: 195

Moskvada Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib. 

Tədbir iştirakçıları OANA-nın 19-cu Baş Assambleyasının gələn ilin yayın əvvəlində Moskvada keçirilməsi barədə qərar qəbul ediblər. Təşkilatçı qismində TASS İnformasiya Agentliyi çıxış edəcək ki, o da növbəti dörd il ərzində təşkilatın prezidenti olacaq.

OANA İcraiyyə Komitəsinin növbəti iclası 2025-ci ilin fevralında Malayziyada bu ölkənin BERNAMA İnformasiya Agentliyinin təşkilati dəstəyi ilə keçiriləcək. 

Təşkilatın üzvləri “Redaksiyaların işində etik standartlar” və “Media sənayesində süni intellektin tətbiqinin etik aspektləri” mövzularında panel sessiyalarında da iştirak ediblər. 

Qeyd edək ki, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı 1961-ci ildə təsis edilib. Hazırda OANA 35 ölkədən 40-dan çox informasiya agentliyini özündə birləşdirir.  2004-cü ildən OANA-nın üzvüdür.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.