Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MSK deputatlığa namizədliyi qeydə alınmış Mustafa Hacılının müraciətini əsassız sayıb

Baxış: 218

Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmış Mustafa Hacılının müraciəti əsassız sayılıb.

 Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 13-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

Onun sözlərinə görə, 8 saylı Binəqədi birinci seçki dairəsindən Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınmış Mustafa Hacılı müraciət edərək, seçki prosesində qanun pozuntularına yol verildiyini bildirib. 

A.Muxtarova qeyd edib ki, müraciətlə bağlı 200-dən artıq fakt və əsaslar toplanıb. Müəyyən olunub ki, təqdim edilən şikayətlə bağlı müraciətin heç bir əsası yoxdur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.