18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
Hamıya məlumdur ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri (USAID) Samanta Pauer kimdir və hansı siyasəti həyata keçirir. USAID-in qərəzli münasibəti və qeyri-obyektiv yanaşması ilə təkcə Azərbaycan yox, müstəqil siyasət yürütmək istəyən hər bir dövlət üzləşir. Belə ki, 30 il ərzində Ermənistanın işğalı ilə Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün problemi yaranmışdı. Bu illərdə öz evlərindən didərgin salınmış şəxslər qayıdış arzusu ilə yaşayırdılar. İşğal dövründə ermənilər Azərbaycana məxsus dini, tarixi-mədəni abidələri məhv etmişdilər. Diplomatik missiyaların, eləcə də USAID-in nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı erməni vandalizminin şahidi olsalar da, obyektiv yanaşma nümayiş etdirmədilər. Bu təşkilat humanitar məsələlər, insan hüquqları və demokratiya ilə bağlı azərbaycanlıların pozulan hüquqlarını gündəmə gətirmədi. Amma bu gün eyni təşkilat Qarabağ erməniləri məsələsində ölkəmizə qarşı təzyiq metodlarından istifadə edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, USAID-in Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırması təsadüfi hal sayıla bilməz. Bu addımın məqsədi USAID-in arxasında duran beynəlxalq şəbəkələrin, mərkəzlərin erməni məsələsini, onların mövcudiyyətini Cənubi Qafqazda davam etdirmək və erməni kartından öz məqsədləri üçün istifadə etmək niyyəti ilə əlaqədardır.
“Bu gün beynəlxalq səviyyədə işğalçı olması sübuta yetirilən Ermənistanın hərbisizləşdirilməsi, gələcəkdə eyni ritorika üzrə təcavüzə davam etməməsi üçün ciddi addımların atılmadığının şahidiyik. Çox təəssüf ki, biz bu gün bəzi beynəlxalq aktorlar tərəfindən işğalçı dövlətə qarşı nəinki sanksiyalar tətbiq edilməsinin, hətta müsbət yanaşmanın, yardımın edilməsinin sistemli xarakter aldığını görməkdəyik. Bundan əlavə, İrəvan silahlanır, böyük maliyyə yardımları alır və ABŞ-la birgə hərbi təlimlər keçirir. Səbəb isə guya Ermənistanın təhlükəsizliyi məsələsidir. Bu il aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra müxtəlif fondlar tərəfindən demokratik islahatlar bəhanəsi ilə Nikol Paşinyan hökumətinin operativ şəkildə hərbi təchizatlarla, hücum silahları ilə təmin edilməsinin şahidiyik. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqaz uğrunda ciddi geosiyasi savaş gedir və bu mübarizədə əsas ölkə kimi Ermənistan seçilib.
USAID-in rəhbəri ilə Ruben Vardanyan arasında əlaqələrin üzə çıxmasına baxmayaraq, onlar bunu gizlətməyə çalışdılar. Amma məlumdur ki, R.Vardanyan fondunda indi də USAID-in əməkdaşı qalmaqdadır. Ruben Vardanyan o şəxsdir ki, Azərbaycan torpaqlarında separatizmlə məşğul idi, xalqımız üçün təhdid yaradan qanunsuz silahlı dəstlərin maliyyələşməsində fəal iştirak edirdi. USAID-in nizamnaməsinə uyğun şəkildə fəaliyyət həyata keçirməməsi dünyadakı ədalətli yanaşmaları, ölkələrin ərazi bütövlüyü məsələlərini sual altında qoyur. Biz USAID-in ötən il Gürcüstan hökuməti tərəfindən ifşa edilməsini, əvvəllər də ölkəmizlə bağlı mənfur planlarını unutmamışıq. Lakin heç bir məqsədinə çatmayan təşkilat bu gün müxtəlif gedişatlarla öz planlarını həyata keçirməyə cəhd göstərir. Bu vəziyyətdə Azərbaycanı dəstəkləmək əvəzinə, konstitusiyasında və bir sıra normativ hüquqi aktlarında ölkəmizə qarşı ərazi iddiası olan Ermənistana maliyyə və hərbi baxımdan dəstək vermək beynəlxalq hüquqa əsaslanan bir siyasi davranış deyil”, - deyə politoloq vurğulayıb.
Zaur Məmmədov əlavə edib ki, Azərbaycan 30 ilə yaxın müddətdə problemə çevrilən Qarabağ məsələsini həll edib və Cənubi Qafqazdakı bir çox mənfi çağırışların qarşısını alıb. Ölkəmiz bölgədəki bir çox dövlətlərdən fərqli olaraq sabitlikdə maraqlı olduğunu sübut edib.
Bölməyə aid digər xəbərlər