Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə Ali Məhkəməsinin sədri: Sabahkı Şuşa ziyarəti bizim üçün çox anlamlı olacaq

Baxış: 209


“Azərbaycana ilk dəfə gəldiyimizdən fərqli həyəcan yaşayırıq. Sabahkı Şuşa ziyarəti bizim üçün çox anlamlı olacaq”. 

  Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz Bakıda jurnalistlərə müsahibəsində deyib. 

O, fikirlərinə belə davam edib: “Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimovun dəvəti ilə Türkiyə Ali Məhkəməsinin nümayəndələri olaraq Azərbaycana rəsmi səfərə gəldik. Məqsədimiz həm ölkəni gəzmək, həm də ikili münasibətləri daha da inkişaf etdirməkdir. Dünəndən bəri Azərbaycandayıq. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Türkiyə-Azərbaycan qardaşlığı dünyaya iki ölkə arasında örnək olacaq münasibətdir. Bu gün Ulu Öndər Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin abidələrini, həm də məzarlarını ziyarət etdik”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.