Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanla Belarus arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Baxış: 209

Sentyabrın 4-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov ölkəmizdə səfərdə olan Belarus Respublikası xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, görüş zamanı ali səviyyəli dialoqun iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə və dinamik əməkdaşlığın inkişafına vacib təkan verdiyi xüsusilə vurğulanıb.

Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirə aparılıb.

İkitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilib, birgə layihə və təşəbbüslər ətrafında danışılıb.

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsində, əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyən edilməsində və onların hüquqi müstəvidə təsbit olunmasında fəaliyyəti xüsusilə qeyd edilib. 

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı məlumat verilib.

Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası ətrafında fikir mübadiləsi aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.