Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda Fransanın işğalı altındakı Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Baxış: 206

Sentyabrın 3-də Bakıda Fransanın işğalı altındakı Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir. 

“Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusundakı tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə son bir il ərzində reallaşdırılan 16-cı beynəlxalq tədbirdir. 

Konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının özünün tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri siyasi partiyaların üzvləri iştirak edirlər. 

Tədbir iştirakçıları Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində adanın vətəndaşlarına vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Mayot adası ilə bağlı Qəmər Adaları İttifaqının və beynəlxalq təşkilatların mövqeyi ətrafında müzakirələr aparacaqlar. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.