Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin keçmiş səfiri: Milli Məclisə seçkilər Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək

Baxış: 222

“VII çağırış Milli Məclisə seçkilər təkcə Azərbaycan deyil, bütün Türk dünyası üçün əhəmiyyətlidir. Sentyabrın 1-də keçirilən səsvermənin nəticələri Azərbaycanın dostlarını ruhlandırdı və sevindirdi, düşmənlərin respublikanın zəifləməsinə olan ümidlərini puç etdi”. 

Bu fikri  müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib. 

Onun sözlərinə görə, antiazərbaycan dairələrin qərəzli proqnoz və qiymətləndirmələrinə baxmayaraq, əminliklə demək olar ki, Milli Məclisə seçkilər açıq, şəffaf və demokratik şəraitdə keçirilib. “Səsvermə prosesini yüzlərlə yerli və xarici müşahidəçi izləyib, onların qiymətləndirmələri səsvermənin gedişinə və nəticələrinə təsir edə biləcək hər hansı pozuntunun olmadığını təsdiqləyir”, - deyə Türkiyənin keçmiş səfiri bildirib. 

Kılıç bazar günü keçirilən seçkilərin Azərbaycanın, o cümlədən Türk Dövlətləri Təşkilatı platformasındakı mövqeyini gücləndirəcəyinə əmin olduğunu bildirib. 

“Əminəm ki, yeni çağırış Milli Məclisin üzvləri Prezident İlham Əliyevin uğurlu kursunu dəstəkləmək üçün səylərini birləşdirəcəklər. Güclü lider və güclü parlament Bakının regionda və bütün dünyada nüfuzunun daha da artmasının bünövrəsidir”, - deyə ekspert əlavə edərək, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan dəyərlərinin təbliğində rolunu da qeyd edib. 

“İMZA” İctimai Birliyinin nümayəndəsi vurğulayıb ki, yeni çağırış deputatları şübhəsiz ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəklər. 

Kılıç qeyd edib ki, Azərbaycanın Milli Məclisinə seçkiləri haqlı olaraq tarixi adlandırmaq olar. “Respublikanın müstəqillik tarixində ilk dəfə olaraq səsvermə bütün ölkə ərazisində, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş rayonlarında keçirilib. Bu tarixi hadisə münasibətilə qardaş ölkəni ürəkdən təbrik edirəm”, - deyə Kılıç bildirib. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.