Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zulfiqar Ali Bhatti: Növbədənkənar parlament seçkiləri ölkədə demokratik bazanın inkişafına vacib dəstək verəcək

Baxış: 182

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ölkədə demokratik bazanın inkişafına vacib dəstək verəcək.

 Bunu Pakistan Milli Assambleyasının üzvü Zulfiqar Ali Bhatti Azərbaycanda növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Pakistan və Azərbaycan arasında uzunmüddətli xoş münasibətlər qarşılıqlı dəstək və həmrəyliyə əsaslanır.

"Pakistan Milli Assambleyasının üzvü kimi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə missiyasının tərkibində yer almaq bizim üçün böyük şərəfdir. Pakistan və Azərbaycan arasındakı münasibətlər bizim üçün böyük önəm daşıdığına görə də çox əhəmiyyətlidir",- deyə o vurğulayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.