Day, Month 00, Year
00: 00: 00 AM
Qazaxıstan parlamentinin deputatı: Seçkilərin Azərbaycan xalqı üçün xeyirli olacağına ümid edirəm

Biz əvvəlcə Bakıdakı seçki məntəqələrinin açılışlarında iştirak etdik. Sonra Qobustana gəldik. Hazırda isə Şamaxıda seçkiləri müşahidə edirik. 

Bu sözləri  bölgə müxbirinə müsahibəsində Şamaxıda Milli Məclisə seçkilərin gedişini izləyən TÜRKPA-nın müşahidəçilər qrupunun tərkibində olan Qazaxıstan parlamentinin deputatı Mukaş İskandirov deyib. 

“Əvvəla, mən bütün Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, bu seçkilər uğurla keçəcək. Seçkilərin Azərbaycan xalqı üçün xeyirli olacağına ümid edirəm. Bütün namizədlərə uğurlar arzulayıram”, - deyə qazaxıstanlı parlamentari vurğulayıb.


Tarix: 1-09-2024, 16:53 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı