Day, Month 00, Year
00: 00: 00 AM
Mətbuat Şurası saat 16.00-dək seçki prosesi ilə bağlı hər hansı qayda pozuntusu aşkarlamayıb

Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.

Mətbuat Şurasından  saat 16.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən qurumun telefon nömrələrinə hər hansı zəng daxil olmayıb.

Qeyd olunub ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bəlgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə edirlər. Hələlik Mətbuat Şurasının sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, sədrin müavini Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, İdarə Heyətinin üzvləri - Əflatun Amaşov 21 saylı Birinci Nəsimi seçki dairəsinin 17 saylı məntəqəsində, Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Müşfiq Ələsgərli həmin dairənin 23 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində prosesi izləyiblər. Onlar hər hansı pozuntu faktı aşkarlamayıblar.


Tarix: 1-09-2024, 17:14 Oxunub: 32


Bölməyə aid digər xəbərlər