Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Milli Məclisə seçkiləri ATƏT-dən ümumilikdə 290-a yaxın müşahidəçi izləyəcək

Baxış: 225

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 111 min 200-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib. 

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 27-də keçirilən iclasında söyləyib. 

M.Pənahov vurğulayıb ki, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 227 nəfər, ATƏT PA-dan 61, MDB Parlamentlərarası Assambleyasından 34 nəfər, Müstəqil Dövlətlər Birliyindən 93, nəfər, Türk Dövlətləri Parlament Assambleyasından (TÜRKPA) 16 nəfər akkreditə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.