22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
“ABŞ-da Azərbaycan icması həm 44 günlük müharibə zamanı, həm də sonrakı dövrdə çox böyük layihələr, tədbirlər həyata keçirib”. Bu sözləri açıqlamasında ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu ölkədə Azərbaycan icmasının fəaliyyəti təkmilləşir. “Çox müsbət haldır ki, bizim gənclərimiz, yeni nəsil yaxşı universitetlərə daxil olur, oxuyur, universitetlərdə Tələbə Gənclər Təşkilatı yaradırlar. Təkcə son 3 ildə 8 böyük universitetdə bu fəaliyyətlər həyata keçirilib. ABŞ-da Koordinasiya Şurası 2019-cu ildə təsis olunub və sonrakı dövrlərdə daha da təkmilləşib. ABŞ-da fəaliyyət göstərən əksər təşkilatlar həmin birliyə üzv olublar və təşkilatın adı dəyişdirilərək hazırda Azərbaycan Amerika Təşkilatı kimi fəaliyyət göstərir. Bütün ştatlarda olan diaspor təşkilatlarımız həmin təşkilata qoşulub”, - deyə komitə sədri əlavə edib.
Fuad Muradov bildirib ki, ABŞ-da yaşayan Azərbaycan icması ilə mütəmadi olaraq görüşlər olur, planlar müzakirə edilir. O, bu ayın sonunda Azərbaycan Amerika Təşkilatı tərəfindən Corctaun Universitetində ABŞ-da yaşayan Azərbaycan gənclərinin forumunun keçiriləcəyini diqqətə çatdırıb: “Bu gün həmin gənclərlə görüşdük, tədbirə hazırlığın gedişatı ilə maraqlandıq. 70-dən çox iştirakçı seçilib və artıq proqram da təsdiq olunub. Ümid edirəm ki, Azərbaycan icması üçün vacib tədbir olacaq”.
Komitə sədri bildirib ki, ABŞ-da yaşayan Azərbaycan diasporu sistematik şəkildə fəaliyyət göstərir. “Bu çox sevindirici haldır ki, bizim diaspor təşkilatlarımız ABŞ-ın bir çox ştatlarında Azərbaycanın müdafiəsi, haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər. Təbii ki, işlər çoxdur, təkmilləşmə hələ də gedir. Əsas odur ki, icmamız Azərbaycanla hər zaman fəxr edir və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Çalışırlar ki, yaşadıqları ştatlarda Azərbaycanın mövqeyini müdafiə edib, Azərbaycanı təbliğ etsinlər”,- deyə Fuad Muradov əlavə edib.
Bölməyə aid digər xəbərlər