Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İşğaldan azad olunmuş ərazilərdə təşviqatın aparılması məqsədi ilə yerlər ayrılıb

Baxış: 215

Təşviqat kompaniyasının aparılması məqsədi ilə azad olunmuş ərazilərdə seçicilərlə görüş üçün 14 açıq tipli yer, 11 qapalı tipli yer ayrılıb.
Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb.
 Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.