Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Moldovalı jurnalist azərbaycanlıların Ermənistandan deportasiyasının tarixindən yazıb

Baxış: 234

Azərbaycanlıların Ermənistandan bir əsrə yaxın davam edən deportasiyası Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərindən biridir və bu günədək hər iki xalq üçün yük olaraq qalır.

Moldovanın “Noi.md” xəbər saytında dərc olunan məqalədə yer alıb. 

Moldovalı jurnalistin yazdığı araşdırma məqaləsində vurğulanır ki, tarixçilər XX əsrdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasının üç əsas dövrünü müəyyən ediblər: 1918-1920-ci, 1948-1953-cü və 1988-1991-ci illər. 

Vurğulanıb ki, 1918-1920-ci illərdə azərbaycanlı əhalinin Ermənistandan qovulmasına və soyqırımına səbəb bədnam “böyük Ermənistan”ın yaradılması konsepti olub. O dövrün erməni cəmiyyətində etnik əhatə dairəsini genişləndirmək istəyi, mədəni üstünlük ideyası və digər xüsusi hüquqlar hakim idi. Sonralar (1918-ci ilin mayında) Cənubi Qafqazda ilk erməni dövlətinin tərkibinə daxil olacaq İrəvan quberniyasının qəzalarında baş vermiş faciəli hadisələr praktik olaraq Şimali Azərbaycanın şərqində, Bakı quberniyasında törədilmiş hadisələrlə üst-üstə düşürdü. 1918-ci ilin yazında bolşeviklər və Erməni İnqilabi Federasiyasının yaraqlıları - daşnaklar azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.