Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir

Dezinformasiya xəstəlik kimidir. Düzünü desəm, dərmanı olmayan bir epidemiyaya bənzəyir. Təəssüf ki, bu gün texnologiyanın inkişafı belə dezinformasiyanın qarşısını ala bilmir. Buna görə də bu forum son dərəcə vacib zamanda keçirilən bir tədbirdir. 

 Jurnalistlərin müsahibəsində 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo von Şirak söyləyib. 

Süni zəka texnologiyalarının siyasətçi və ya dövlət başçısına aid saxta müsahibə yaratmaq bacarığını diqqətə çatdıran Paolo von Şirak bu cür xəbərlərin investisiya, böyük studiyalar olmadan geniş şəkildə yayıldığını deyib: "Bunu üçün də tənzimləmə olmalıdır. Hökumətlər qanunlarla müdaxilə etməlidir. Beynəlxalq konvensiyalar olmalıdır və bu işdə biz hamımız iştirak etməliyik".

Süni intellektin bir neçə dəqiqə ərzində 1000-lərlə saxta xəbər saytı və sosial media hesabları yarada bilməsini diqqətə çatdıran qonaq, indiki vaxtda bununla necə mübarizə aparmağın, həll yollarını axtarmağının vacibliyini qeyd edib: "Bu, böyük bir problemdir. Biz istehlakçılar, həmçinin media nümayəndəsi olan jurnalistlər, sosial media istifadəçiləri, prodüserlər və menecerlər və bir çox insan bu yeni reallıqla qarşılaşırıq. Süni intellekt məlumatı tənzimləmək, bir çox sənaye və iqtisadi sektorların pula qənaət etməsinə imkan verən daha dəqiq məzmuna və məlumatlara sahib olmaqla yanaşı, eyni zamanda bir neçə saniyə ərzində açıq yalan xəbərlər yaradır".

Dezinformasiyanın xərçəng və ya bir növ COVID pandemiyası adlandıran ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti deyib: “COVID zamanı bir müddət bir peyvənd hazırlandı, çox böyük bir çaxnaşma yaşandı, insanlar ölürdü və bu barədə nə edəcəyimizi bilmirdik. Çünki tibb elmi tamamilə bu virusun qarşısında aciz idi. Demək istədiyim odur ki, pis niyyətlə istifadə edilən süni intellektə bərabər bir peyvənd tapa biləcəyimizə dair heç bir fikrim yoxdur".


Tarix: 22-07-2024, 09:51 Oxunub: 53


Bölməyə aid digər xəbərlər