Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Metyu Miller: Biz Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanırıq

Baxış: 256


“Dövlət katibi Antoni Blinkenin də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü zamanı açılışda dediyi kimi tərəflər inanılmaz irəliləyiş əldə ediblər və uzun yol qət ediblər”. Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı deyib. O bildirib ki, ABŞ-ın davam edə bilcək işi onları irəli addımlamağa sövq etməkdir. “Sülh sazişi hər iki xalq və ümumilikdə regionda sülh, stabillik və təhlükəsizlik üçün çox vacibdir. Biz inanırıq ki, sülh mümkündür, lakin bu tərəflərin çətin qərarlar qəbul etməsini, kompromisə getməsini tələb edir. Bu son fikir ayrılığını həll etmək və sazişə nail olmaq üçün tərəflərə təkan verməyə davam edəcəyik”,- deyə Dövlət Departamentinin rəsmisi bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.