Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə və ŞKTC-nin aparıcı mediası: Prezident İlham Əliyevin müraciəti qardaşlıq və həmrəylik göstəricisidir

Baxış: 264

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzetləri və elektron nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi cəhdinin qarşısının alınmasının səkkizinci ildönümü ilə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanlanmış müraciətini geniş işıqlandırıb.

Qardaş ölkələrin mətbuatı Azərbaycan liderinin məktubunun mətnini dərc ediblər. 

Türkiyə və ŞKTC mediası qeyd edib ki, Prezident İlham Əliyevin məktubunda 15 iyul 2016-cı il hadisələri Türkiyə xalqının qəhrəmanlıq dastanı adlandırılır. Qardaş Azərbaycanın Türkiyənin dəstəklənməsi məsələsində mövqeyi yüksək qiymətləndirilir.

Qardaş ölkələrin aparıcı media orqanları Prezident İlham Əliyevin müraciətini “qardaşlıq və həmrəylik göstəricisi” adlandırıblar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.