Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Baxış: 264

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan, Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində iyulun 13-dən ölkəmizin İstanbuldakı baş konsulluğunun binasında 1990-cı illərdə Türkiyəyə mühacirət etmiş və o vaxtdan bəri orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu başlayıb. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum və nikah haqqında şəhadətnamə və s.) verilməsi, eləcə də digər konsulluq əməliyyatları həyata keçirilir. 

Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizləri edilir.

Qəbul Türkiyə ilə razılaşdırmaqla məsələ üzrə Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu tərəfindən iyulun 21-dək həftənin şənbə və bazar günləri keçiriləcək. 

Qeyd edək ki, 2022-2024-cü illər arasında bu istiqamətdə keçirilən tədbirlər nəticəsində yeddi mindən artıq vətəndaşımızın müraciəti cavablandırılıb. Onlardan 3500-dən çoxunun ümumvətəndaş pasportu dəyişdirilib və ya yeniləri ilə əvəzlənib. Bu, 2024-cü ildə ikinci, ümumilikdə isə onuncu qəbuldur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.