Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Baxış: 243

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.