Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik: "Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ilk ölkədir"

Baxış: 239


Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edəcək ilk ölkədir.
"Sahibkartv.az" xəbər verir ki, bunu tədbirin keçiriləcəyi məkana (Heydər Əliyev və Bakı Konqres mərkəzləri) təşkil olunmuş mediaturda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.
O, həmçinin deyib ki, bu günə qədər Bakı Konqresində 4 mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib: "Çox sevindirici haldır ki, tədbir iştirakçılarının yarıdan çoxu gənclərdir. Azərbaycan gəncləri də bu sahədə çox aktivdir. Azərbaycanın gənc alimləri 200-dən çox elmi məqalə təqdim edib. Ümumilikdə, Konqresə 195 ölkdən 3 500-dən çox elmi məqalə təqdim olunub", - deyə o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.