Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan NATO-ya dəvət edildi

Baxış: 217


Ermənistan NATO-ya dəvət edildi


NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin rəhbəri Günter Fehlinger Ermənistanın baş naziri Nikol Paşinyana Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. 
O, bu barədə X (keçmiş Twitter) hesabında bildirib.

"Mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram", - Fehlinger yazıb.
Günter Fehlinger ABŞ prezidenti Co Baydenə də Ermənistanın müdafiəsi tələbi ilə müraciət edib.
Bir gün əvvəl, sentyabrın 3-də İtaliyanın “La Repubblica” qəzeti Paşinyanla müsahibə dərc edib və o, Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan total asılılığını səhv adlandırıb. Ermənistanın baş naziri qeyd edib ki, ölkə hakimiyyəti bu məsələdə əbəs yerə yalnız Rusiyaya arxalanıb, çünki indi İrəvan “təhlükəsizliyin diversifikasiyası” ilə məşğul olmalıdır. Paşinyan Rusiyanın yəqin ki, Cənubi Qafqazı tərk edəcəyini də irəli sürüb.
“Elə proseslər var ki,  belə bir fikrə gətirib çıxarır ki, bir gün biz oyanıb Rusiyanın burada olmadığını görəcəyik”, - Nikol Paşinyan deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.