Bu gün Mərkəzi Bankın sədri Taleh Kazımovun Dünya Bankının (DB) Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illlər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.




































