Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan: "Can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir"

Baxış: 183


"Bir millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir".
"Sahibkartv.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib.
"Nə zaman Azərbaycanın başı dara düşsə, ilk yardıma qaçan biz olduq. Biz də nə vaxt ehtiyacımız olsa, azərbaycanlı qardaşlarımızı yanımızda gördük. Əsrin fəlakəti olan 6 fevral zəlzələlərində küçədəki vətəndaşından dövlət başçısına qədər Azərbaycanın sərgilədiyi mövqeni əsla unutmayacağıq. Avtomobilinin üzərinə varını-yoxunu yığaraq yollara düşən, qızının cehizini zərər çəkənlərə bağışlayan, bizimlə sevinib, bizimlə ağlayan böyük ürəkli insanları daim şükürlə və ehtiramla yad edəcəyik", - Ərdoğan deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.