Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aleksandr Lukaşenko: "Əminəm ki, Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcək"

Baxış: 226


Aleksandr Lukaşenko: Əminəm ki, Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcəkAleksandr Lukaşenko
Sizin (Prezident İlham Əliyev – red.) bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.
"Sahibkartv.az" xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, - deyə Belarus Prezidenti qeyd edib.
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.