Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda beynəlxalq nəqliyyat daşıyıcılarının sayı 7 mini keçib

Baxış: 201


Əgər 2003-cü ildə Azərbaycanda 200-300 beynəlxalq nəqliyyat daşıyıcısı var idisə, hazırda bu rəqəm 7 mini keçib.
"Sahibkartv.az" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA ) İctimai Birliyinin sədri Həbib Həsənov Bakıda keçirilən I Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.
O, həmçinin deyib ki, Azərbaycanın gömrük-sərhəd məntəqələrində proseslərin sadələşdirilməsi məqsədilə müasir texnologiyaların tətbiqi ilə bağlı təkliflər verilir.
"Bu təkliflər ABADA-nın Dövlət Gömrük Komitəsi ilə görüşlərində təqdim olunur. Görüşlərdə sərhəddən keçid prosesindəki çətinliklər müzakirə edilir. Elektron əmtəə qaiməsinin, elektron TIR kitabçasının və Orta Dəhlizin cəlbediciliyini artırmaq üçün daşıma sənədlərinin tətbiqi nəzərdən keçirilir", - deyə sədr qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.