Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: “Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”

Baxış: 208


Nazir: “Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”
“Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafında yüksək dinamika müşahidə olunur: “Bu, təkcə regionda təhlükəsizliyin təmin edilməsi məsələlərinə deyil, həm də nəqliyyat, logistika və energetika sahələrində əlaqələrin inkişafına aiddir”.
M.Babayev bildirib ki, Azərbaycan qazının Aİ ölkələrinə ixracı əlaqələrdə mühüm rol oynayır: “Bu, aramızdakı münasibətlərin inkişafında yeni səhifə açdı. Aİ həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizdə Aİ-yə üzv dövlətlərin bir çox şirkətləri fəaliyyət göstərir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.