Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məhəmməd Əl Küveyt: “BƏƏ kibertəhlükəsizlik sahəsində təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”

Baxış: 227


“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kibertəhlükəsizlik sahəsində təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu BƏƏ Hökumətinin Kibertəhlükəsizlik Departamentinin rəhbəri Məhəmməd Əl Küveyt Bakıda keçirilən GSMA M360 EURASIA 2023 beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, hazırda BƏƏ kibertəhlükəsizlik kontekstində qabaqcıl ölkələrdən biri hesab olunur ki, bu da rəqəmsal iqtisadiyyatın artımını təmin edir.
"Tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində ən yaxşı beynəlxalq təcrübələr qəbul edilir. Bu mövzu artan təhlükəsizlik təhdidləri ilə əlaqədar olaraq bizim üçün prioritetdir", - o deyib.
M. Əl Küveyt vurğulayıb ki, kibertəhlükəsizliklə bağlı problemləri həll etmək üçün onların qarşısının alınması və fəsadlarının aradan qaldırılması üçün dəqiq tədbirlər planının olması təmin edilməlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.