Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəşad Nəbiyev: “Orta Dəhlizin rolu artır”

Baxış: 280


Rəşad Nəbiyev: “Orta Dəhlizin rolu artır”
Ötən il Azərbaycan ərazisindən Orta Dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi 75 % artıb və bu rəqəm sürətlə artır.
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin) rolu artır.
"Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, eləcə də orada tikilmiş beynəlxalq hava limanları mühüm rol oynayır", - nazir deyib.
R.Nəbiyev həmçinin Zəngəzur dəhlizinin açılmasının regionun tranzit potensialının artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.