Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan lideri: "Balkan regionunun etnik barışıq konsepsiyası Cənubi Qafqaz üçün də maraqlı ola bilər"

Baxış: 196


"Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyası, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsi Cənubi Qafqaz üçün də maraqlı ola bilər".
"Sahibkartv.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib.
Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladan dövlət başçısı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir: "Azərbaycan Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış edib".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.