Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Prezidenti: "Türkiyəyə yardım qardaşlıq borcumuzdur"

Baxış: 254

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.

"Sahibkartv.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direxktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.
Dövlət başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan Prezidenti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.