Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Macarıstan Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır

Baxış: 242



Macarıstan Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır 


Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.
Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
“Bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Bunun üçün türk tərəfdaşları ilə artıq konkret detallar üzrə danışıqlar aparılır. Əlbəttə ki, biz həmçinin Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq”, - deyə Siyarto bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.