Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Sosial-iqtisadi inkişaf Strategiyası"nın maliyyə tutumu müəyyənləşdirilib

Baxış: 225


Prezident İlham Əliyevin ötən il təsdiq etdiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" maliyyə tutumu müəyyən edilib.
"Sahibkartv.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində bildirib.
"Bu startegiya 5 milli prioritet üzərində qurulub və onun Tədbirlər Planının maliyyə tutumu Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumları ilə birgə müəyyən olunub.
"Bundan əvvəl hazırlanan proqramların, startegiyaların maliyyə tutumu müəyyənləşdirilmirdi. Dövlət proqramlarının icra prosesi yaxınlaşanda isə məlum olurdu ki, bunun icrası üçün nəzərdə tutulan maliyyə vəsaitində çatışmazlıq var", - deyə nazirlik rəsmisi qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.