Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
"Sahibkartv.az" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Sizi bir daha salamlayıram. Səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həqiqətən də tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır. Bununla yanaşı, Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi.
Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim.
Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır. Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.
Timor-Leste Prezidenti Jose Ramos Horta deyib:
- Zati-aliləri, mənimlə Azərbaycanda, iştirak edəcəyim Forumla bağlı görüşdüyünüzə görə sağ olun. Mən əvvəllər bu Foruma dəvət edilmişdim, lakin müəyyən səbəblərdən səfərə gələ bilmədim. Bu dəfə isə həqiqətən də bu səfəri həyata keçirmək arzusundaydım. İstədim həm Forumda iştirak edim, həm də rəhbərliyinizlə tərəqqi və inkişafa nail olan və haqqında çox oxuduğum Azərbaycan ilə şəxsən tanış olum. Belə bir fürsətə görə təşəkkür edirəm.
Timor-Leste Demokratik Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yüksək qiymətləndirildiyini deyib, Hərəkatın Bakıda təşkil edilən son Zirvə görüşünün uğurla keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə göstərdiyi dəstəyə görə Timor-Lestenin Prezidentinə minnətdarlığını bildirib.
Görüşdə qaz, sərmayələr, gübrə istehsalı, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Jose Ramos Horta Azərbaycanın təhsil müəssisələrində ölkəsindən olan tələbələrə təqaüd ayrılması ilə bağlı imkanlara baxılması üçün dövlətimizin başçısından xahiş edib.
Azərbaycanın təhsil potensialı haqqında məlumat verən Prezident İlham Əliyev xarici tələbələr, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığını qeyd edərək bu məsələyə də baxılacağını bildirib.
16:32Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Mətbuat Şurasında türkiyəli media təmsilçiləri ilə görüş olub
19:36 / 19-09-2024
İsrail kəşfiyyatı İsrail vətəndaşını sui-qəsdə hazırlaşarkən həbs edib
17:13 / 19-09-2024
BP-nin Petrol Ofisi-yə keçməsi üçün Rəqabət Şurasının şərti icazəsi
15:51 / 19-09-2024
ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb
15:27 / 19-09-2024
Elektrikli avtomobillər üçün təhlükə varmı?
15:08 / 19-09-2024
Son dakika haberi ABD: Lübnan'daki saldırılarla ilgimiz yok
14:27 / 19-09-2024
Almaniya İsrailə silah ixracını dayandıracaqmı?
13:40 / 19-09-2024
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib - SƏRƏNCAM
10:47 / 19-09-2024
DİN: Ötən gün 49 cinayətin üstünün açılması təmin olunub
09:43 / 19-09-2024
Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub
21:42 / 18-09-2024
Son xəbərlər ABŞ: Livandakı hücumlarla heç bir əlaqəmiz yoxdur
18:28 / 18-09-2024
Son xəbər: Fələstinin ilk qanun layihəsi qəbul edildi
17:59 / 18-09-2024
Audi Brüssel fabriki üçün investorlar axtarır
17:07 / 18-09-2024
ABŞ dövlət katibi Blinken: "ABŞ Livandakı hadisələrdən xəbərsiz idi"
16:37 / 18-09-2024
Elon Musk: "Ateizm boşluq yaratdı"
15:46 / 18-09-2024
İlham Əliyev Timor-Lestenin Prezidenti ilə görüşübs
Bölməyə aid digər xəbərlər
Tarix: 7-03-2023, 14:15 Oxunub: 58
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
22-08-2022, 11:20
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB
10-08-2022, 09:16
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak ediblər
29-06-2022, 18:03
Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
20-04-2022, 16:24
"Verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək"
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
1-01-2022, 09:30
İlham Əliyev Azərbaycan xalqına müraciət edib
12-10-2021, 12:36
Beynəlxalq ictimaiyyət İlham Əliyevin nüfuzunu və Azərbaycanın lider mövqeyini etiraf edir - TƏHLİL
11-10-2021, 12:53
İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı - TAM MƏTN + FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO