Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayanlara müvəqqəti yaşamaq üçün icazə veriləcək

Baxış: 205

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcək.

“Sahibkartv.az” xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda qəbul müzakirəyə çıxarılıb.
Belə ki, yeniliklə nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.