Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir"

Baxış: 228


Prezident: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir
Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Xüsusən energetika sahəsində daha geniş əməkdaşlıq imkanları var.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edərkən bildirib.
Prezident ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran dövlətimizin başçısı hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.