Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TÜRKSOY-un Baş katibi: “Vesperm ilə Şuşanın dostlaşması bizə yeni fəaliyyət imkanları açır”

Baxış: 370


TÜRKSOY-un Baş katibi: “Vesperm ilə Şuşanın dostlaşması bizə yeni fəaliyyət imkanları açır”Sultan Rayev
"Avropanın mədəniyyət paytaxtı Vesprem şəhəri ilə Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalanmaqla mədəniyyət fəaliyyətlərimiz üçün yeni imkanlar açıldı".
"Sahibkartv.az"ın Ankara Bürosunun məlumatına görə, bu sözləri Beynəlxalq Türk
 Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev tviter səhifəsində paylaşıb.
O, paylaşımında TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2023-cü ildə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini xatırladıb. Bu səbəbdən Baş katib qeyd edib ki, bu fürsəti hər baxımdan dəyərləndirmək lazımdır: "Mədəniyyət, maarifləndirmə, təbliğat fəaliyyətləri istiqamətində bu fürsətdən istifadə etməliyik”.
Qeyd edək ki, yanvarın 30-da Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.